Rusiyada plastik cərrahiyyə QALMAQALI: Erməni həkimlər 10-dan çox qadını ŞİKƏST ETDİ – FOTObackend

Rusiyada plastik cərrahiyyə QALMAQALI: Erməni həkimlər 10-dan çox qadını ŞİKƏST ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tomskdakı elit klinikada 10-dan çox pasiyent şikəst edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Tomsk şəhərindəki “Genelli” adlı elit plastik cərrahiyyə klinikasında pasiyentlərə qarşı səhlənkarlıqla bağlı kütləvi şikayətlər daxil olub.

Onlarla qadın cərrahların uğursuz əməliyyatları nəticəsində üzlərinin və bədənlərinin eybəcər hala düşdüyünü, tikişlərinin irinlədiyini və sağalmadığını bildirirlər.

Zərərçəkənlərdən biri olan Valentina döşlərin gərilməsi və digər korreksiyalar üçün kredit götürərək 800 min rubl (təxminən 18 110 manat) ödəyib.

Cərrah Arutyun Arutyunyanın apardığı əməliyyatdan sonra qadının qarnında toxuma nekrozu yaranıb.

Klinika günahını tanımayaraq, şikayətlərdən imtina etməsi müqabilində ona cəmi 100 min rubl (təxminən 2 260 manat) kompensasiya təklif edib.

Digər pasiyentlər Qarik Çatinyanın rinoplastika əməliyyatından sonra burunlarının əyildiyini, klinikanın direktoru Oksana Geykonun isə döşləri korladığını və xəstələrin əməliyyat zamanı narkozdan ayıldığını iddia edirlər.

Bir çox hallarda zərərçəkənlər səhvləri düzəltmək üçün başqa klinikalara külli miqdarda vəsait ödəyərək təkrar əməliyyat olunmalı olublar.

Klinikanın keçmiş əməkdaşlarından biri bildirib ki, həkimlər müştərilərə nağd ödəniş qarşılığında böyük endirimlər təklif edərək pulları birbaşa baş həkimə vermələrini istəyirmişlər.

Hazırda zərərçəkənlər kollektiv iddia qaldırmağa hazırlaşırlar.

Xuraman Etibarlı

İnterpress.az