Samsunda orta məktəblərin birində “taskefa” saç düzümü qadağan edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Samsun şəhərindəki orta məktəblərin birində şagirdlərin xarici görünüşü ilə bağlı yeni qadağa tətbiq olunub.
Məktəb rəhbərliyi “taskefa” kimi tanınan saç düzümünün şagirdlər arasında istifadəsini yasaqlayıb.
Qadağanın səbəbləri və tətbiq ediləcək sanksiyalar barədə hələlik əlavə məlumat verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






