Narkotiklə bağlı qanunvericilikdə YUMŞALMA – Cəzalar AZALDILIRbackend

Narkotiklə bağlı qanunvericilikdə YUMŞALMA – Cəzalar AZALDILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada narkotik vasitələrin alınmasına görə cəzalar yumşaldıla bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Ali Məhkəməsi məlumat yayıb.

Rusiyada narkotik vasitələrlə bağlı cinayətlərə görə cəzaların yumşaldılması nəzərdə tutulur.

Ali Məhkəmə tərəfindən hazırlanan yeni qanun layihəsində bir sıra dəyişikliklər təklif olunur.

Layihəyə əsasən, ilk dəfə narkotik bitkilərin yetişdirilməsi və ya şəxsi istifadə üçün narkotik vasitənin alınması halında şəxsin həbs olunmaması təklif edilir.

Həmçinin, külli miqdarda narkotik vasitələrin saxlanılması, hazırlanması, daşınması və alınmasına görə nəzərdə tutulan həbs müddətinin 10 ildən 5 ilə, xüsusilə külli miqdarda olduqda isə 15 ildən 10 ilə qədər azaldılması nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az