Fransada böyük KİBERHÜCUM: 19 milyon insanın məlumatı OĞURLANDIbackend

Fransada böyük KİBERHÜCUM: 19 milyon insanın məlumatı OĞURLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın “Sənədlərin Mühafizəsi Agentliyi”nə haker hucumu olub. 

İnterpress.az xəbər verir ki, bu barədə Pavel Durov məlumat yayıb.

Fransanın “Sənədlərin Mühafizəsi Agentliyi” (Agence nationale des titres sécurisés – ANTS) kiberhücuma məruz qalıb.

Nəticədə 19 milyon insanın adları, ünvanları, elektron poçt ünvanları və telefon nömrələri kimi şəxsi məlumatları oğurlanaraq internetə sızıb.

“Telegram”ın təsisçisi Pavel Durov hadisəni şərh edərkən bildirib ki, əgər Fransa hökuməti sosial şəbəkə istifadəçilərinin şifrələnmiş çatlarına və rəqəmsal şəxsiyyət vəsiqələrinə çıxış əldə etmək istəyini həyata keçirə bilsə, gələcəkdə baş verəcək məlumat sızıntıları daha dəhşətli və “iyrənc” xarakter daşıyacaq.

Xuraman Etibarlı

İnterpress.az