Adanada 96 nəfərin ölümü ilə nəticələnən binanın tikinti podratçısına verilən cəza dəyişdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Adana Regional Cinayət Məhkəməsi fevralın 6-da baş verən zəlzələ zamanı 96 nəfərin həlak olduğu binanın tikinti podratçısı Həsən Alpargün barəsində verilən hökmü ləğv edib.
İlkin məhkəmə qərarı ilə 62 ömürlük həbs və 865 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Həsən Alpargünün cəzası 22 il 6 ay həbs cəzası ilə əvəzlənib.
Məlumata görə, iş baxılması üçün Türkiyə Ali Məhkəməsinə göndəriləcək.
Xuraman Etibarlı
İnterpress.az






