Dünyanın ən böyük aysberqi YOX OLDU: A23a-nın SONUbackend

Dünyanın ən böyük aysberqi YOX OLDU: A23a-nın SONU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük aysberqi tamamilə parçalanıb.

İnterpress.az xəbər verir ki, bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutu (AАNİİ) məlumat yayıb.

Cənub okeanında hərəkətdə olan dünyanın ən böyük aysberqi A23a tamamilə dağılaraq yox olub.

Məlumata görə, aysberq 1986-cı ildə Filxner şelf buzlağının xarici kənarından qopmuşdu.

Yaranan zaman sahəsi 4 170 kvadrat kilometr olan aysberq ölçüsünə görə Sankt-Peterburq şəhərinin ərazisindən təxminən iki dəfə böyük idi.

Xuraman Etibarlı

İnterpress.az