Mossad rəhbəri ETİRAF ETDİ: Xaricdəki gizli əməliyyatda agentimiz həlak olubbackend

Mossad rəhbəri ETİRAF ETDİ: Xaricdəki gizli əməliyyatda agentimiz həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mossad rəhbəri bildirib ki, “M” kod adlı yüksək rütbəli agent xaricdəki gizli əməliyyat zamanı öldürülüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin Mossad kəşfiyyat xidməti məlumat yayıb.

İsrailin “Mossad” kəşfiyyat idarəsinin rəhbəri David Barnea “M” kod adı ilə tanınan yüksək rütbəli agentlərinin xaricdəki gizli missiyası zamanı öldürüldüyünü açıqlayıb.

Barnea agentin İran əleyhinə əməliyyatlarda mühüm rol oynadığını bildirib.

Kəşfiyyat rəhbərinin sözlərinə görə, həmin şəxs kreativlik, hiylə və qabaqcıl texnologiyalardan istifadə edilən bir çox mürəkkəb missiyalara rəhbərlik edib.

Agentin ölümünün 2023-cü ildə İtaliyada baş vermiş insidentlə əlaqəli olduğu ehtimal edilir, lakin hadisə ilə bağlı təfərrüatlar hələ də məxfi saxlanılır.

Xuraman Etibarlı

İnterpress.az