“Rituals” kosmetika brendinin müştərilərinin şəxsi məlumatları oğurlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Rituals” məlumat yayıb.
Məşhur kosmetika istehsalçısı “Rituals” öz sadiqlik proqramı (loyallıq proqramı) iştirakçılarının şəxsi məlumatlarının sızdığını elan edib.
Oğurlanan məlumatlara müştərilərin tam adı, cinsi, ev ünvanı, elektron poçt ünvanı, telefon nömrəsi və doğum tarixi daxildir.
Şirkətdən verilən açıqlamaya görə, istifadəçi parolları və ödəniş məlumatları kiberhücumdan zərər görməyib.
“Rituals” rəhbərliyi qeyd edib ki, sistemə edilən qeyri-qanuni giriş dərhal bloklanıb və müştəri məlumatlarının təhlükəsizliyini təmin etmək üçün əlavə təhlükəsizlik tədbirləri tətbiq olunub.
Xuraman Etibarlı
İnterpress.az






