Rusiyadan Köçəryanın silahdaşına “YOX”: Namizədlik RƏDD EDİLDİbackend

Rusiyadan Köçəryanın silahdaşına “YOX”: Namizədlik RƏDD EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hakimiyyəti Ermənistanın keçmiş prezidentinin mətbuat katibinin “Erməni İttifaqı”na rəhbərlik etməsinə icazə verməyib.

İnterpress.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Rusiya hakimiyyəti Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın sabiq mətbuat katibi Viktor Soqomonyanın Rusiya Erməniləri İttifaqı (REİ) rəhbəri vəzifəsinə namizədliyini rədd edib.

Soqomonyan 2008–2023-cü illərdə Köçəryanın ofisinə rəhbərlik edib və onun yaxın silahdaşı hesab olunur.

Nəşrin məlumatına görə, Moskva bu qərarı təşkilat rəhbərinin apolitik olması və bütün qruplarla işləmək bacarığına malik olması gərəkliyi ilə əsaslandırıb.

Qəzet iddia edir ki, bu prosesdə Erməni Həvari Kilsəsinin Rusiya və Yeni Naxçıvan yeparxiyasının başçısı arxiyepiskop Yezras Nersisyan da fəal iştirak edir.

“Hraparak”ın məlumatına görə, arxiyepiskopun REİ-nin hazırkı prezidenti Ara Abramyanı əvəz etmək üçün öz namizədi var.

Gözlənilir ki, o, öz namizədini aprelin 24-də, qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdə təqdim edə bilər.

Xuraman Etibarlı

İnterpress.az