Fransada kriptovalyuta sahiblərinin kütləvi şəkildə oğurlanması halları qeydə alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə “CoinDesk” məlumat yayıb.
Fransada kriptovalyuta sahiblərinə qarşı cinayətlərin sayı kəskin artıb.
Cari ildə artıq 41 oğurluq və evlərə basqın faktı qeydə alınıb ki, bu da orta hesabla hər 2-3 gündən bir oxşar cinayətin baş verməsi deməkdir.
Cinayətkarlar öz qurbanlarını sosial şəbəkələrdəki açıq profillər və məlumat sızıntıları vasitəsilə müəyyən edirlər.
Mütəxəssislər aktivlərin təhlükəsizliyini qorumaq üçün “multi-siqnature” (çoxsaylı imzalı) pul kisələrindən istifadə etməyi və vəsaitlərin çıxarılmasına limitlər qoymağı tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.az






