Təhlükəli şəraitdə işləyənlərin saqqal saxlaması qadağan edilə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Rostrud” məlumat yayıb.
Rusiya Federal Əmək və Məşğulluq Xidmətinin (Rostrud) yeni müddəalarına əsasən, təhlükəli şəraitdə çalışan işçilərin saqqal saxlamasına məhdudiyyət qoyula bilər.
Bu qadağa xüsusilə işçinin istifadə etməli olduğu əleyhqaz və ya respiratorun (maskanın) sıxlığını təmin etməyə mane olan hallara şamil edilir.
Materiallara görə, saqqal fərdi mühafizə vasitələrinin (FMV) üzə tam oturmamasını səbəb olduğu təqdirdə, işçinin həyat və sağlamlığının qorunması üçün o, müvəqqəti olaraq işdən kənarlaşdırıla bilər.
Xuraman Etibarlı
İnterpress.az






