FSB “Roskomnadzor” rəhbərliyinə qarşı terror planını ifşa etdibackend

FSB “Roskomnadzor” rəhbərliyinə qarşı terror planını ifşa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FSB Rusiyada “Roskomnadzor” rəhbərliyinə qarşı sui-qəsdin qarşısını alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna xüsusi xidmət orqanları tərəfindən kirayələnən şəxsin “Roskomnadzor” rəsmisinin avtomobilini partlatmaq cəhdinin qarşısını alıb.

Əməliyyat çərçivəsində Moskva, Ufa, Novosibirsk və Yaroslavlda neonasist ideologiyasının tərəfdarı olan yeddi nəfər saxlanılıb. İstintaqın məlumatına görə, onlar sosial şəbəkələrdə messenjerlərin bloklanması və VPN-lərdən istifadəyə etiraz etdikləri qruplarda toplaşaraq, orada Ukrayna xüsusi xidmətləri tərəfindən məşğulluğa cəlb ediliblər. 22 yaşlı moskvalı qrupun başçısı saxlanılarkən silahlı müqavimət göstərib və FTB əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Terrorçulardan təxminən bir kiloqramlıq əldəqayırma partlayıcı qurğu (ƏPQ), “F-1” qumbarası, səssiz atəş açan “Makarov” tipli tapança, iki qaz tapançası, rasiyalar, neonasist simvolları və Rusiyada qadağan edilmiş Ukrayna terror təşkilatına üzv olmaq üçün təlimat kitabçası aşkar edilərək götürülüb.

Faktla bağlı qanunsuz silah və partlayıcı maddələrin dövriyyəsi maddəsi ilə cinayət işi başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az