Qonşunuzun evindən İY GƏLİR? – Məhkəmə ilə təmizlətmək MÜMKÜNDÜRbackend

Qonşunuzun evindən İY GƏLİR? – Məhkəmə ilə təmizlətmək MÜMKÜNDÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qonşunun mənzilindəki üfunət qoxusu gəlirsə, məhkəmə yolu ilə təmizlik tələb etmək mümkündür.

İnterpress.az xəbər verir ki, bu barədə M.Kutafin adına Moskva Dövlət Hüquq Universiteti məlumat yayıb.

Mənzildən yayılan xoşagəlməz qoxulara, o cümlədən ev heyvanlarından qaynaqlanan üfunətə görə qonşuları məhkəməyə vermək və onları mənzili dezinfeksiya etməyə məcbur etmək mümkündür.

Bu barədə universitetin ailə və mənzil hüququ kafedrasının müəllimi Paçuliya TASS-a açıqlamasında bildirib.

Ekspert izah edib ki, hər bir mənzil sahibi sanitariya normalarına əməl etmək öhdəliyi daşıyır.

Buna görə də, istər heyvanlardan, istərsə də digər məişət səbəblərindən qaynaqlanan iy-qoxu qonşuların yaşayış hüququnu və komfortunu pozmamalıdır.

Xuraman Etibarlı

İnterpress.az