İsrailin ABŞ-dakı səfiri deyib ki, Livan İsrail ordusunun ölkə ərazisindəki müvəqqəti mövcudluğunu qəbul etməlidir.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Livanla aparılan danışıqlarda İsraili təmsil edən səfir Leyter Ağ Evdə Beyrut nümayəndə heyəti ilə keçirilən görüşün açılışında vacib bəyanatlarla çıxış edib.
O bildirib ki, Livanın suveren dövləti və ya xalqı ilə həll edilməyəcək heç bir mübahisə yoxdur, lakin diqqəti əsas problemin – “Hizbullah” və onun İsrailə qarşı qəddar niyyətlərinin üzərinə fokuslamaq lazımdır.
Səfirin sözlərinə görə, Livan terror infrastrukturunu məhv etmək öhdəliyini yerinə yetirməyib.
“Livan İsrail ordusunun müvəqqəti mövcudluğunu və İsrailin öz əhalisini atəşə tutan düşmən qüvvəyə qarşı özünümüdafiə hüququnu qəbul etməlidir”, – səfir qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az






