Paris polisi Eyfel qülləsi önündə “Dağıstan”, “Çeçenistan” və “Gürcüstan” yazan gənci axtarır.
İnterpress.az xəbər verir ki, bu barədə Paris mediası məlumat yayıb.
Paris polisi Eyfel qülləsi fonunda “Dağıstan”, “Çeçenistan” və “Gürcüstan” yazıları yazan küçə rəssamını müəyyən edib və hazırda onun axtarışındadır.
Məlum olub ki, “MMY” təxəllüsü ilə fəaliyyət göstərən şəxs 18 yaşlı Mansur adlı Dağıstan əsilli gəncdir.
Beş il əvvəl Fransaya köçən Mansuru vandalizm ittihamı ilə 175 min rubl (təxminən 4 000 manat) cərimə və deportasiya gözləyir.
Gənc sənətçi bildirib ki, ilk yazını keçən il vətən həsrəti ilə Şayo sarayının terras divarına yazıb. Yerli dağıstanlı turistlər və mühacirlər tərəfindən bəyənilən bu yazı qısa müddətdə sosial şəbəkələrdə virusa çevrilib.
Bundan sonra çeçen və gürcü icmasının nümayəndələri də ondan öz respublikalarının adlarını yazmağı xahiş ediblər. Nəticədə həmin məkan turistlərin foto çəkdirmək üçün axın etdiyi məşhur yerlərdən birinə çevrilib.
Paris kommunal xidmətləri yazıları silməyə çalışsa da, Mansur onları dərhal bərpa edir. O, etdiyi əməli vandalizm hesab etmir, çünki ətrafdakı divarların artıq müxtəlif qrafitilərlə dolu olduğunu bildirir.
Mansur bununla heç bir pul qazanmadığını, sadəcə öz həmyerlilərinə sevinc bəxş etdiyi üçün bundan zövq aldığını deyir.
Lakin buna baxmayaraq, yerli qanunlara əsasən bələdiyyə əmlakına ziyan vurduğu üçün onu 2 000 avroya qədər (təxminən 4 000 manat) cərimə və Fransadan qovulma təhlükəsi gözləyir.
Xuraman Etibarlı
İnterpress.az






