ABŞ-də ölüm hökmü ilə bağlı ŞOK QƏRAR: Güllələnmə cəzası TƏTBİQ OLUNURbackend

ABŞ-də ölüm hökmü ilə bağlı ŞOK QƏRAR: Güllələnmə cəzası TƏTBİQ OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ federal səviyyədə ölüm hökmlərinin icrasını bərpa edir. İdarəetmə üsulu olaraq güllələnmə tətbiq olunacaq.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Amerika Birləşmiş Ştatları federal səviyyədə ölüm hökmlərinin icrasını yenidən aktivləşdirir.

Nazirlik artıq 44 cinayət işi üzrə ölüm cəzasının tətbiqi barədə vəsatətləri təsdiqləyib və federal səviyyədə hökmlərin icra praktikasını genişləndirmək niyyətindədir.

Yeni qərarla yanaşı, edam üsullarından biri kimi güllələnmənin tətbiqi nəzərdə tutulur.

Bundan əlavə, məhkumların bütün hüquqi prosedurlar başa çatana qədər əfv olunma barədə müraciət etmələrinə qadağa qoyulması planlaşdırılır.

Bu yeni tənzimləmələrin yaxın həftələrdə qüvvəyə minəcəyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az