“Hizbullah”ın gizli silah anbarı uşaq otağından ÇIXDI: İsrail ordusundan ŞOK KADRLARbackend

“Hizbullah”ın gizli silah anbarı uşaq otağından ÇIXDI: İsrail ordusundan ŞOK KADRLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Livanın cənubunda 50-dən çox “Hizbullah” hərbi obyektini məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu (ÇAXAL) məlumat yayıb.

İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi əməliyyatlar nəticəsində son günlər “Hizbullah”a məxsus 50-dən çox hərbi infrastruktur obyekti məhv edilib.

Dağıdılan hədəflər arasında terrorçuların İsrail hərbçilərinə və ərazisinə hücumlar üçün istifadə etdiyi yeraltı kompleks də var.

Bundan əlavə, ərazidəki evlərdən birində aparılan reyd zamanı uşaq otağında gizlədilmiş silah-sursat anbarı aşkar edilib.

Burada partlayıcı maddələr, “Kalaşnikov” avtomatları, qumbaralar, qumbaraatanlar (RPG), pulemyotlar və döyüş ləvazimatları müsadirə olunub.

İsrail ordusunun bəyanatında bildirilir:

“Hizbullah İsrail vətəndaşlarına və hərbçilərinə qarşı terror hücumları həyata keçirmək üçün Livanın mülki əhalisindən alçaqcasına istifadə edir”.

Xuraman Etibarlı

İnterpress.az