ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqə hərbi qüvvələrin yerləşdirilməsini kəskin şəkildə artırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Flightradar” məlumat yayıb.
ABŞ Hərbi Hava Qüvvələri bu gecə Yaxın Şərqə hərbi qüvvələrin daşınmasını sürətləndirib.
“Flightradar”ın məlumatlarına görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərdəki hərbi bazalara gedən yük və şəxsi heyət axını əhəmiyyətli dərəcədə artıb.
Artan hərəkətliliyin hansı məqsədlə və hansı miqyasda aparıldığı barədə rəsmi açıqlama verilməyib.
Xuraman Etibarlı
İnterpress.az






