Türkiyə otelləri BAĞLANA BİLƏR: Mayın 31-dək MÜDDƏT VERİLDİbackend

Türkiyə otelləri BAĞLANA BİLƏR: Mayın 31-dək MÜDDƏT VERİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yanğın təhlükəsizliyi tələbləri səbəbindən çoxlu sayda otel bağlanıla bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Ekonomim” məlumat yayıb.

Türkiyədə turizm sektorunda ciddi dəyişikliklər gözlənilir. Yanvar ayında qüvvəyə minən və otellərin açılması üçün lisenziyaların alınmasını sərtləşdirən yeni qaydalara görə, otel sahibləri mayın 31-dək yanğın təhlükəsizliyi standartlarını yeniləməli və rəsmiləşdirməlidirlər.

Bu tələblərə cavab verməyən bir çox otelin fəaliyyətinin dayandırılması istisna edilmir.

Məlumata görə, dövlət tərəfindən bu sərt addımlar 2025-ci ilin yanvar ayında Kartalkaya xizək kurortunda baş verən faciədən sonra atılıb.

Həmin dəhşətli hadisə zamanı baş verən yanğın nəticəsində 78 nəfər, əsasən də uşaqlar həlak olmuşdu.

Xuraman Etibarlı

İnterpress.az