Viskonsin Universitetində ŞOK: Alim həmkarını ZƏHƏRLƏMƏYƏ ÇALIŞDIbackend

Viskonsin Universitetində ŞOK: Alim həmkarını ZƏHƏRLƏMƏYƏ ÇALIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Viskonsin Universitetinin alimi həmkarını öldürməyə cəhd etməkdə ittiham olunur.

İnterpress.az xəbər verir ki, bu barədə “Wisconsin University” məlumat yayıb.

ABŞ-nin Viskonsin Universitetində alimlər arasında baş verən hadisə elmi ictimaiyyəti sarsıdıb. 41 yaşlı alim Makoto Kuroda həmkarının içkisinə kimyəvi maddələr qataraq onu zəhərləməyə cəhd edib.

O, həmkarının vəzifədə yüksəldikdən sonra ona qarşı münasibətini dəyişdiyini iddia edib.

Kuroda qeyri-ehtiyatlılıqdan təhlükəsizliyə təhdid yaratmaq, habelə digər şəxsin sağlamlığını “öldürmək, zərər vurmaq və ya təhlükə altına qoymaq məqsədilə” məişət məhsulunun tərkibini dəyişmək və çirkləndirməkdə ittiham olunur.

İstintaq materiallarına görə, alim laboratoriya rəhbərinə həmkarının davranışından narazı olduğunu, onun qaydalara riayət etmədiyini və çoxsaylı kiçik pozuntulara yol verdiyini bildirib.

Kuroda həmin xırda nöqsanların “cəmlənərək toplandığını” qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az