Samarada ağac uşaqların üzərinə AŞDI: 13 yaşlı qız DÜNYASINI DƏYİŞDİ – FOTO/VİDEObackend

Samarada ağac uşaqların üzərinə AŞDI: 13 yaşlı qız DÜNYASINI DƏYİŞDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samarada ağac uşaqların üzərinə aşıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Samara şəhərində dəhşətli bədbəxt hadisə baş verib. Səhər saatlarında güclü külək səbəbindən aşan ağac məktəblilərin üzərinə düşüb.

Hadisə nəticəsində 13 yaşlı qız yerindəcə vəfat edib, onun eyni yaşlı rəfiqəsi isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, Samara vilayətində kəskin hava şəraiti səbəbindən ümumilikdə 38 ağac aşıb, 15 avtomobilə, evlərin dam örtüklərinə və bir sosial obyektə ciddi ziyan dəyib. Həmçinin, 7 yaşayış məntəqəsinin elektrik enerjisi təchizatında kəsintilər yaranıb.

Faktla bağlı prokurorluq tərəfindən abadlıq işləri ilə bağlı qanunvericiliyin təmin edilməsi istiqamətində araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az