Saatda 170 km sürətlə 35 avtomobili “BİÇDİ”: Kərkükdə DƏHŞƏTLİ YOL FACİƏSİ – VİDEObackend

Saatda 170 km sürətlə 35 avtomobili “BİÇDİ”: Kərkükdə DƏHŞƏTLİ YOL FACİƏSİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqda sementdaşıyan yük maşını 35 avtomobili əzib.

İnterpress.az xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb.

İraqın Kərkük şəhərində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Əyləc sistemi sıradan çıxan sementdaşıyan yük maşını saatda 170 km sürətlə hərəkət edərək idarəetməni itirib.

Təxminən bir kilometr məsafə qət edən yük maşını yol kənarındakı azı 35 avtomobilə çırpılaraq onları yararsız hala salıb.

Hadisə nəticəsində ilkin məlumatlara görə, 6 nəfər həlak olub, 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölənlər arasında iki yaşlı qız uşağı və onun 35 yaşlı anası, həmçinin bir neçə digər qadın var.

Xuraman Etibarlı

İnterpress.az