Almaniyalı turist İstanbulda oteldə ÖLÜ TAPILDI: Başak Şlosserin ŞÜBHƏLİ ÖLÜMÜ – FOTObackend

Almaniyalı turist İstanbulda oteldə ÖLÜ TAPILDI: Başak Şlosserin ŞÜBHƏLİ ÖLÜMÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda almaniyalı turist otel otağında ölü tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Almaniyadan İstanbulun Fateh rayonuna istirahətə gələn 24 yaşlı Başak Şlosser otel otağında ölü vəziyyətdə tapılıb.

Məlum olub ki, qız ölümündən az əvvəl yaxınlıqdakı mağazaya qaçaraq, “Məni qaçırmağa çalışırlar” deyə kömək istəyib.

Hadisə ilə bağlı aparılan araşdırmalarda maraqlı məqamlar üzə çıxıb.

Belə ki, təhlükəsizlik kameralarının görüntülərində 9 saatlıq boşluğun olması şübhələr yaradıb. İstintaq çərçivəsində işlə bağlı 5 nəfər saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az