57 yaşlı professor fitnes klubunda VƏFAT ETDİ – FOTObackend

57 yaşlı professor fitnes klubunda VƏFAT ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali İqtisadiyyat Məktəbinin professoru Moskvadakı fitnes klubların birində vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvadakı fitnes klubların birində faciəli hadisə baş verib. Klub əməkdaşları 57 yaşlı professorun cəsədini tualetdə aşkar ediblər.

Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası ona kömək göstərməyə çalışsa da, professorun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, professor 20 ildən artıq idi ki, pedaqoji fəaliyyətlə məşğul olurdu.

Xuraman Etibarlı

İnterpress.az