ABŞ-nin 5 milyon dollar mükafat qoyduğu narkobaron ƏLƏ KEÇDİ – FOTObackend

ABŞ-nin 5 milyon dollar mükafat qoyduğu narkobaron ƏLƏ KEÇDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada 5 milyon dollar mükafat vəd olunan “Bağban” ləqəbli narkobaron saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri məlumat yayıb.

Meksikada keçirilən əməliyyat nəticəsində beynəlxalq axtarışda olan və ABŞ-nin tutulması üçün 5 milyon dollar (təxminən 8,5 milyon manat) mükafat vəd etdiyi narkobaron Audias Flores Silva yaxalanıb.

“Milenio” nəşrinin məlumatına görə, “Bağban” (El Jardinero) ləqəbi ilə tanınan Flores Silva “Yeni Nəsil Xalisko” kartelinin rəhbərlərindən biri olub.

O, fevral ayında öldürülən “El Menço”nun mümkün varisi hesab edilirdi.

Xuraman Etibarlı

İnterpress.az