Moskva vilayətində rekord qarlı hava şəraiti müşahidə olunur: 1200-dən çox ağac aşıb, 7 nəfər yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskva vilayətində baş verən anormal qar yağışı və şiddətli külək ciddi fəsadlara yol açıb.
Regionda 1200-dən çox ağac aşıb, 7 nəfər xəsarət alıb, 475 avtomobilə isə maddi ziyan dəyib.
Hadisə nəticəsində 280-dən çox yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.
Ən ağır vəziyyət Dmitrov şəhər dairəsində müşahidə olunur – burada 9 mindən çox sakin işıqsızdır.
Məlumatlara görə, Şatura, Sergiyev Posad və Dmitrovda yağıntının miqdarı 60 mm-dən çox olub. Mojaysk, Volokolamsk və Voskresenskdə isə küləyin sürəti saniyədə 20 metrə çatıb.
Bu aprel ayı region üçün meteoroloji rekordlar ili olub: atmosfer təzyiqi 724,9 mm civə sütununa qədər enib (sonuncu dəfə 1971-ci ildə müşahidə olunub), yağıntıların orta səviyyəsi 16 mm-ə çatıb (1880-ci ilin göstəricisi) və qar örtüyünün hündürlüyü 12 sm olub (1971-ci ilin rekordu təkrar olunub).
Xuraman Etibarlı
İnterpress.az






