Buryatiyadakı “İrokinda” mədənində qar uçqunu olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Buryatiyada yerləşən “İrokinda” mədənində ağır hadisə baş verib. Qarın uçması nəticəsində 6 nəfər uçqun altında qalıb.
Məlumata görə, dağ-mədən şirkətinin üç işçisi hadisə yerindən müstəqil şəkildə çıxa bilib.
Hazırda uçqun altında qalan digər şəxslərin xilas edilməsi istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






