Gürcüstan XİN Almaniyaya ölkənin rəhbərliyi ilə bağlı növbəti nota göndərib.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Gürcüstan Xarici İşlər Nazirliyi Almaniyanın Xarici İşlər Nazirliyinin rəsmi internet saytında ölkə rəhbərliyi ilə bağlı məlumatların yenilənməməsi səbəbilə Berlinə daha bir nota göndərib.
Nazirlik xatırladıb ki, Almaniyanın XİN-in rəsmi saytında hələ də Salome Zurabişvili prezident, İliya Darçiaşvili isə Xarici İşlər naziri olaraq göstərilir.
Xatırladaq ki, Gürcüstan tərəfindən oxşar tələblə ilk şifahi nota aprelin 8-də göndərilmişdi.
Nazirlik buna qədər də məsələ ilə bağlı bir neçə dəfə rəsmi sorğu ünvanladıqlarını qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az






