“Sadə yaşa” deyib, lüks içində yaşayan imamın 70 min dollarlıq SAATI – FOTOLARbackend

“Sadə yaşa” deyib, lüks içində yaşayan imamın 70 min dollarlıq SAATI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk imam-bloqer Həsən Alkanın 70 min dollarlıq lüks saatı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Müsəlmanlara mütevazı (sadə) yaşamağı tövsiyə edən və Qəzzə üçün (vasitəçilik edərək) ianələr toplayan türkiyəli imam-bloqer Həsən Alkan çəkdiyi videolarda maraqlı detallarla gündəmə gəlib.

İzləyicilər bloqerin videoyazılarında təsadüfən görüntülənən və dəyəri 70 000 dollar (təxminən 119 000 manat) olan lüks qol saatını diqqətdən qaçırmayıblar.

İmamın həm sadəlik haqqında moizə oxuması, həm də çox bahalı aksesuarlardan istifadə etməsi sosial şəbəkələrdə ciddi tənqidlərə və ironik şərhlərə səbəb olub.

İstifadəçilər onun ianə toplamaqla bağlı çağırışlarının səmimiyyətini sorğulamağa başlayıblar.

Xuraman Etibarlı

İnterpress.az