Moskvada tikilməkdə olan elit binada güclü yanğın baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Moskvada elit çoxmərtəbəli yaşayış binasının tikinti sahəsində genişmiqyaslı yanğın qeydə alınıb.
Hadisə nəticəsində azı 10 nəfərin xəsarət aldığı bildirilir. Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerində işlərini davam etdirirlər.
Xuraman Etibarlı
İnterpress.az






