Rospotrebnadzor “Cermuk” mineral suyunun Rusiyaya idxalını və dövriyyəsini dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rospotrebnadzor məlumat yayıb.
Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Xidməti (Rospotrebnadzor) “Cermuk” mineral suyunun ölkəyə idxalını və satışını müvəqqəti olaraq dayandırıb.
Məhsulun hansı səbəbdən qadağan edilməsi barədə əlavə təfərrüatlar yaxın zamanda qurumun rəsmi saytında dərc ediləcək.






