Ekspertlər ŞOKDA: ChatGPT 60 illik riyazi tapmacanı cəmi 80 dəqiqəyə HƏLL ETDİ – FOTObackend

Ekspertlər ŞOKDA: ChatGPT 60 illik riyazi tapmacanı cəmi 80 dəqiqəyə HƏLL ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ChatGPT riyaziyyatçıların 60 ildir baş sındırdığı Erdöş məsələsini bir sorğu ilə həll edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

23 yaşlı gənc ibtidai çoxluqlarla bağlı məsələni bota göndərib və neyron şəbəkəsi 80 dəqiqə ərzində tamamilə gözlənilməz bir yanaşma seçərək cavab hazırlayıb.

Adətən hamı bu məsələni öyrəşilmiş şablon üzrə həll etməyə çalışırdı. Süni intellekt isə fərqli bir yolla gedib – o, riyaziyyatın əlaqəli sahəsindən hamının bildiyi, lakin məhz burada tətbiq etməyin heç kimin ağlına gəlmədiyi bir düsturdan istifadə edib.

Sübutun özü qısa alınıb, buna görə də onu bir az təkmilləşdirmək lazım gəlib, lakin əsas ideya tamamilə doğru olub.

Adətən neyron şəbəkələri hazır məlumatlar əsasında öyrənir və sadəcə olaraq insanların etdiklərini təkrarlayırlar.

Lakin bu dəfə süni intellekt qəflətən öz qeyri-standart həllini təqdim edərək tam hədəfə vurub. Məhz bu amil ekspertləri şoka salıb.

Xuraman Etibarlı

İnterpress.az