Lvovda 42 yaşlı avstraliyalı özünü Ratuşadan ATDIbackend

Lvovda 42 yaşlı avstraliyalı özünü Ratuşadan ATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lvovda 42 yaşlı avstraliyalı bələdiyyə binasından özünü ataraq intihar edib.

İnterpress.az xəbər verir ki, bu barədə Lvov Şəhər Şurası məlumat yayıb.

Bu gün axşam saatlarında Ukraynanın Lvov şəhərində 42 yaşlı Avstraliya vətəndaşı bələdiyyə binasının (Ratuşa) müşahidə meydançasından özünü aşağı ataraq həyatına son qoyub.

Müşahidə meydançasında mərhumun vida məktubu tapılıb.

Əcnəbi vətəndaş həmin məktubda hadisədən sonra yaranacaq narahatlığa görə üzr istəyib və bu əməlinə görə heç kimi günahlandırmamağı xahiş edib.

Xuraman Etibarlı

İnterpress.az