“İqtisadi qəzəb”: ABŞ İrana qarşı sanksiyaları daha da GENİŞLƏNDİRDİbackend

“İqtisadi qəzəb”: ABŞ İrana qarşı sanksiyaları daha da GENİŞLƏNDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İrana qarşı sanksiyaları sərtləşdirib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

ABŞ Tehrana təzyiqləri artırır və onun gizli maliyyə strukturlarına qarşı hərəkətə keçir.

ABŞ-nin maliyyə naziri Skott Bessent “X” sosial şəbəkəsində yazıb ki, Birləşmiş Ştatların əsas məqsədi İran rejimini mühüm gəlir mənbələrindən məhrum etməkdir.

ABŞ Maliyyə Nazirliyi “Economic Fury” (“İqtisadi qəzəb”) təşəbbüsü çərçivəsində 35 təşkilat və fiziki şəxsi sanksiyalar siyahısına daxil edib.

İddia olunur ki, həmin qurumlar və şəxslər İran hakimiyyət aparatının maraqları çərçivəsində milyardlarla dolların hərəkətini idarə edirlər.

ABŞ tərəfinin məlumatına görə, söhbət həmçinin İran silahlı qüvvələrinin, o cümlədən İnqilab Keşikçilərinin beynəlxalq maliyyə sisteminə çıxışını təmin edən geniş şəbəkədən gedir.

Bu şəbəkə vasitəsilə neft sazişlərindən gəlir əldə edilməsi və ya silah alınması həyata keçirilir.

Banklara və digər maliyyə müəssisələrinə xəbərdarlıq edilib ki, bu strukturlarla əməkdaşlıq onlar üçün ciddi nəticələrə gətirib çıxara bilər.

Xuraman Etibarlı

İnterpress.az