Yaponiyada kişi çəkic və qaz balonu ilə insanlara və polisə hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Yaponiyanın “TBS” telekanalı məlumat yayıb.
Yaponiyada bir kişi çəkic və qaz balonu ilə əvvəlcə yoldan ötən şəxslərə, daha sonra isə hadisə yerinə gələn polis əməkdaşlarına hücum edib.
İlkin məlumatlara görə, insident nəticəsində yeddi nəfər xəsarət alıb. Hücum edən şəxs daha sonra evə girərək qapını arxadan kilidləyib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onunla təslim olması üçün danışıqlar aparır.
Xuraman Etibarlı
İnterpress.az






