Novosibirskdə baytarlıq idarəsinin rəisi avtomobilində ölü tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Novosibirsk Vilayət Baytarlıq İdarəsinin Epidemioloji və Karantin Tədbirlərinin Təşkili Departamentinin müdiri Sergey Tura ölü tapılıb.
Məlumata görə, məmurun cəsədi öz şəxsi avtomobilində güllə yarası ilə aşkar edilib.
Qeyd edək ki, yaz aylarında ev heyvanları arasında quduzluq və pasterellyoz xəstəliklərinin yayılması səbəbindən regionda fövqəladə vəziyyət rejimi tətbiq edilmişdi.
Həmin vaxt heyvanlar, hətta peyvənd olunmuşlar belə, kütləvi şəkildə sahiblərindən müsadirə edilərək məhv edilirdi.
Medianın məlumatına görə, məhz bu hadisələrdən sonra xəstəliklərə və peyvəndləməyə nəzarət edən Baytarlıq İdarəsində yoxlamalar başlamışdı.
Bundan başqa, “yığılıb qalan şikayətlər”ə görə yerli Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri də bir müddət öncə vəzifəsindən azad olunmuşdu.
Xuraman Etibarlı
İnterpress.az






