Çinin Heçи şəhərində baş verən güclü qayadaşı uçqunu zamanı nəhəng bir qaya parçası hərəkətdə olan yük maşınını məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Hadisə dağlıq ərazidə qeydə alınıb və kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb.
Görüntülərdə yüksəkdən qopan iri qaya parçasının böyük sürətlə aşağı yuvarlanaraq yük maşınına çırpıldığı əks olunur.
İlkin məlumatlara görə, hadisə zamanı güclü küləyin təsiri ilə torpaq və daş kütləsinin hərəkətə keçdiyi ehtimal olunur.
Mütəxəssislər bunu təbiət qüvvələrinin – küləyin gücü ilə yer cazibəsinin təsirinin toqquşması kimi qiymətləndirir.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı hələlik dəqiqləşdirilir.
Yerli hakimiyyət orqanları ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib və sakinlərə dağlıq zonalardan uzaq durmaq tövsiyə olunur.
Xuraman Etibarlı
İnterpress.az






