ABŞ Prezidenti İran iqtisadiyyatını “ölü” adlandırdı və Tehranı aman istəməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyini mərhəmət diləməyə çağırıb. Siyasətçi İran iqtisadiyyatının hazırkı vəziyyətini sərt şəkildə tənqid edərək, onu tamamilə “ölü” adlandırıb.
Tramp Tehran rəhbərliyinin yaranmış vəziyyətdə çıxış yolu kimi yalnız bir addım atmalı olduğunu vurğulayıb: “İndi onlar aman istəməlidirlər. Onların etməli olduğu tək şey budur. Sadəcə olaraq, ‘Biz təslim oluruq’ deməlidirlər”.
Xuraman Etibarlı
İnterpress.az






