Muğlada otelin qarşısında silahlı hücum: 1 ölü, 1 yaralı
İnterpress.az xəbər verir ki, bu barədə “Türkiyə mediası” məlumat yayıb.
Türkiyənin Muğla şəhərində otellərdən birinin qarşısında silahlı hücum qeydə alınıb. Naməlum şəxs və ya şəxslər tərəfindən açılan atəş nəticəsində bir qadın həlak olub, digər bir qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları cəlb olunub. Cinayətkarın saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






