Vanda sahibsiz itlərin hücumuna məruz qalan 5 yaşlı uşaq dünyasını dəyişib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Van şəhərində faciəvi hadisə baş verib. Öz evinin qarşısında oynayan 5 yaşlı uşaq sahibsiz itlərin hücumuna məruz qalıb.
Aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, uşaq dünyasını dəyişib.
Xuraman Etibarlı
İnterpress.az






