İsrail “Sumud” donanmasının 20-dən çox gəmisi ələ keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
İsrail Xarici İşlər Nazirliyi İsrail ordusu tərəfindən saxlanılan 20-dən çox gəmidən ibarət “Sumud” donanmasının ələ keçirilməsi barədə məlumat yayıb.
Bildirilir ki, gəmilərin göyərtəsində olan təxminən 175 fəal hazırda “sülh yolu ilə” İsrail dövlətinə doğru aparılır.
Nazirlik həmçinin bu prosesi əks etdirən görüntüləri də yayımlayıb və fotolara “Fəallar İsrail gəmilərinin göyərtəsində əylənirlər” şərhini əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az






