Qazaxıstan XİN Almaniyada vətəndaşının casusluq ittihamı ilə saxlanılmasına görə Berlinə sorğu göndərib.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qazaxıstanın Xarici İşlər Nazirliyi Almaniya hakimiyyətinə ölkə vətəndaşının casusluqda şübhəli bilinərək saxlanılması ilə bağlı rəsmi sorğu ünvanlayıb.
Nazirlikdən bildirilib ki, vəziyyət xüsusi nəzarətə götürülüb və Almaniya tərəfindən müvafiq rəsmi cavab gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az






