Türkiyədə MAY BAYRAMLARI – Nəqliyyat gün boyu PULSUZ OLACAQbackend

Türkiyədə MAY BAYRAMLARI – Nəqliyyat gün boyu PULSUZ OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə bayram günlərində ictimai nəqliyyat pulsuz olacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Rəsmi Qəzeti məlumat yayıb.

Türkiyədə bayram günlərində ictimai nəqliyyatdan istifadə vətəndaşlar üçün pulsuz olacaq.

Bu qərar mayın 1-də qeyd olunan “Əmək və Həmrəylik Günü” və mayın 19-da qeyd olunan “Atatürkün Anım, Gənclər və İdman Günü”nə şamil edilir.

Rəsmi qərara əsasən, “Marmaray”, “Başkentray”, “İZBAN”, “Sirkeci–Kazlıçeşme” xətti və “Gayrettepe – İstanbul Havalimanı – Arnavutköy” metro xəttindən istifadə gün ərzində pulsuz olacaq.

İstanbul Böyükşəhər Bələdiyyəsi də şəhər daxilində avtobus, metro, metrobüs və bərələrdən istifadəni pulsuz edib. Bunun üçün “İstanbulkart”ı oxutmaq kifayətdir.

Pulsuz gediş haqqı hər iki bayram günü ərzində bütün gün ərzində qüvvədə olacaq.

Xuraman Etibarlı

İnterpress.az