Şimali Kiprdən Fransa-Cənubi Kipr sazişinə SƏRT REAKSİYAbackend

Şimali Kiprdən Fransa-Cənubi Kipr sazişinə SƏRT REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kipr Fransa ilə Cənubi Kipr arasında imzalanan hərbi sazişi tənqid edib.

İnterpress.az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) məlumat yayıb.

Şimali Kipr hakimiyyəti Fransa ilə Kipr Respublikası arasında imzalanmış hərbi sazişi kəskin şəkildə tənqid edib və bunu ada ərazisindəki türk xalqı üçün qüvvədən düşmüş hesab edib.

Qeyd edək ki, saziş Fransa hərbi qüvvələrinin Kiprdə yerləşməsini nəzərdə tutur.

Rəsmi Paris bu addımı humanitar təşəbbüs kimi təqdim etsə də, Şimali Kipr tərəfi bunun altında başqa məqsədlərin gizləndiyini iddia edir.

Onların fikrincə, Fransa bu vasitə ilə Kiprin yunan idarəçiliyinin hərbi potensialını artırmağa çalışır.

Şimali Kipr hakimiyyəti hesab edir ki, bu sənəd adadakı türk xalqının bərabərhüquqlu hüquqlarını pozur.

Rəsmi qurumlar bəyan edib ki, bu razılaşma həm adadakı iki icma, həm də bütövlükdə region üçün gərginlik mənbəyinə çevriləcək.

Xuraman Etibarlı

İnterpress.az