Ermənistan hökuməti Donald Trampın təşəbbüsü olan “Qəzzə üzrə Sülh Şurası”nın nizamnaməsini təsdiqləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistan hökuməti ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Qəzza üzrə Sülh Şurası”nın nizamnaməsini təsdiq edib.
Sənəd hazırda ratifikasiya üçün ölkə parlamentinə göndərilib.
Xatırladaq ki, Ermənistan yanvarın 22-də bu şuranın təsisçi üzvü qismində müqavilə imzalayıb.
Razılaşmaya görə, Ermənistan 1 milyard dollar (təxminən 1,7 milyard manat) məbləğində üzvlük haqqı ödəməyən ölkələr siyahısındadır, çünki bu ödənişi yalnız şuranın daimi üzvləri edir.
Buna baxmayaraq, Ermənistanın üzərinə müəyyən maliyyə öhdəlikləri qoyulub. Ölkənin Maliyyə Nazirliyi isə hələlik bu maliyyə öhdəliklərinin dəqiq miqdarını açıqlamayıb.
Xuraman Etibarlı
İnterpress.az






