Milyarder Vladimir Potaninin oğlu MÜFLİS ELAN OLUNURbackend

Milyarder Vladimir Potaninin oğlu MÜFLİS ELAN OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milyarder Vladimir Potaninin oğlu müflis elan edilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiya Federasiyası Federal Vergi Xidməti Moskva Arbitraj Məhkəməsinə milyarder Vladimir Potaninin oğlu Vasili Potaninin müflis elan edilməsi üçün ərizə təqdim edib.

Məlumata görə, ölkənin ən zəngin iş adamlarından birinin varisinin bank hesablarına məhdudiyyət qoyulub.

Buna səbəb kimi Vasili Potaninin vergi orqanlarına olan 1 milyon rubl (təxminən 22 700 manat) məbləğində borcu göstərilir.

Məhkəmə iddianın əsaslılığını yoxlamaq üçün iyun ayına iclas təyin edib.

Qeyd edək ki, Vasili Potaninin atası Vladimir Potanin “Interros” holdinqinin təsisçisi və “Nornikel”in prezidentidir.

“Forbes” jurnalının reytinqinə görə, o, ardıcıl olaraq Rusiyanın ən varlı 5 adamı siyahısında yer alır.

 

Xuraman Etibarlı

İnterpress.az