Şübhəli ÖLÜM: Avtomobildə üç kişinin meyiti TAPILDIbackend

Şübhəli ÖLÜM: Avtomobildə üç kişinin meyiti TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Podmoskovyedə bir avtomobildə üç nəfərin meyiti tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Baş İdarəsi məlumat yayıb.

Moskva vilayətinin Prozorovo kəndi yaxınlığındakı tarlada avtomobilin içərisində üç kişinin meyiti aşkarlanıb.

İlkin məlumatlara görə, cəsədlərin üzərində heç bir zorakılıq əlaməti qeydə alınmayıb.

Hadisənin ilkin səbəbi kimi şəxslərin dəm qazından zəhərlənməsi göstərilir.

İstintaq orqanları faktla bağlı araşdırmalarını davam etdirir.

Xuraman Etibarlı

İnterpress.az