Pezeşkian və Qalibaf BİRLƏŞDİ: XİN rəhbərinin istefası TƏLƏB OLUNURbackend

Pezeşkian və Qalibaf BİRLƏŞDİ: XİN rəhbərinin istefası TƏLƏB OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran rəhbərliyində gərginlik hökm sürür: Pezeşkian və Qalibaf XİN rəhbəri Əraqçinin istefasını tələb edir.

İnterpress.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

İranın Prezidenti Məsud Pezeşkian və parlamentin spikeri Məhəmməd Baqir Qalibaf Xarici İşlər naziri Abbas Əraqçinin vəzifədən uzaqlaşdırılması üçün səylərini artırıblar.

Buna səbəb kimi nazirin ABŞ ilə danışıqlarda siyasi rəhbərliyə məlumat vermədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Vahidinin təlimatlarını yerinə yetirməsi göstərilir.

Rəsmilər bu addımı “siyasi rəhbərliyi kənarlaşdırmaqla gizli razılaşmaların aparılması” kimi qiymətləndirirlər.

Xuraman Etibarlı

İnterpress.az