Yeddi illik fasilədən sonra “American Airlines”ın ABŞ-Venesuela reysi Karakasda yerə enib.
İnterpress.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
ABŞ-nin “American Airlines” aviaşirkəti yeddi illik fasilədən sonra Venesuelaya müntəzəm uçuşlarını bərpa edib.
Şirkətə məxsus təyyarə ilk reysini yerinə yetirərək paytaxt Karakasda eniş edib.
Bu addım iki ölkə arasında hava əlaqəsinin yenidən aktivləşməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.
Xuraman Etibarlı
İnterpress.az






