Bullinqlə mübarizə üçün Türkiyədən radikal ADDIM – Yeni icbari fənn TƏTBİQ OLUNURbackend

Bullinqlə mübarizə üçün Türkiyədən radikal ADDIM – Yeni icbari fənn TƏTBİQ OLUNUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə məktəblərində “Empatiya və sosial bacarıqlar” adlı yeni icbari fənn tətbiq olunacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Parlamenti məlumat yayıb.

Türkiyə parlamentinin bullinq (məktəb zorakılığı) ilə mübarizə üzrə yaradılmış alt komissiyası məktəblərdə ciddi islahatlara başlayır.

Şagirdlərin ünsiyyət qabiliyyətini inkişaf etdirmək, münaqişələri sülh yolu ilə həll etmək və qarşılıqlı anlayışı gücləndirmək üçün “Empatiya və sosial bacarıqlar” adlı yeni icbari fənnin tədrisi planlaşdırılır.

Bundan əlavə, məktəblərdə şagird şuraları və həmyaşıdlararası mediatorluq sistemi formalaşdırılacaq.

Təklif olunan digər tədbirlərə aşağıdakılar daxildir:

  • Anonim şikayətlərin göndərilməsi üçün “Stop-Bullinq” qaynar xəttinin istifadəyə verilməsi;

  • Valideynlərə və aidiyyəti orqanlara coğrafi məkan (geolokasiya) məlumatı göndərən rəqəmsal “təşviş düyməsi”nin tətbiqi;

  • Təhlükəli vəziyyətləri erkən aşkarlamaq üçün süni intellekt əsaslı monitorinq sistemi;

  • Məktəblərdə nəzarətin və videomüşahidənin gücləndirilməsi.

Həmçinin, aqressiv davranış nümayiş etdirən uşaqlar üçün duyğuları idarə etməyə və empatiya qabiliyyətini inkişaf etdirməyə yönəlmiş xüsusi məşğələlər təşkil olunacaq.

Xuraman Etibarlı

İnterpress.az